Noyer Azərbaycanla oyunu buraxacaq
DÇ-2018-in təsnifat mərhələsində Azərbaycanla eyni qrupda yer alan Almaniya seçməsi itki ilə üzləşib. SportLine.az "Bild"ə istinadən xəbər verir ki, Bundestim qapıçısı Manuel Noyerin xidmətindən məhrum olub.
"Bavariya"nın məşq prosesində zədələnən çərçivə qoruyucusunun sol ayağında sınıq aşkarlanıb. Onun DÇ-2018-in təsnifat mərhələsinin son iki matçını (eləcə də, Azərbaycanla görüşü) buraxacağı qeyd olunub.
Xatırladaq ki, M.Noyer Bakıda keçirilən matçda da komandasına kömək edə bilməmişdi.