Noyerin taleyinə aydınlıq gətirildi
"Bavariya" Manuel Noyerlə münasibətləri tam aydınlaşdırıb.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, təcrübəli qapıçı ilə, 2023-cü ilin yayına kimi müqavilə imzalanıb.
34 yaşlı qapıçının əvvəlki müqaviləsi 2021-ci ildə bitirdi. Tərəflər uzun müddət idi ki, razılığa gələ bilmirdilər. "Bavariya"nın 12 milyon avro maaş və 2 illik müqavilə təklif etdiyi, Noyerin isə 20 milyon avrodan artıq məvacib və 3-4 illik sözləşmə istədiyinə dair xəbərlər yayılmışdı.
Alman qolkiper 2011-ci ildə "Şalke"dən transfer edilib. Noyer Münhen klubunun heyətində 7 dəfə Bundesliqanın, 5 dəfə Almaniya Kubokunun, 1 dəfə isə Çempionlar Liqasının qalibi olub.