Nurməhəmmədov bu məbləğə karyerasını bərpa edə bilər
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov karyerasını 100 milyon ABŞ dolları qarşılığında bərpa edə bilər.
Sportline.az TASS-a istinadən xəbər verir ki, bu barədə 32 yaşlı döyüşçü mətbuat konfransında bildirib.
Nurməhəmmədov deyib ki, UFC prezidenti Dana Uayt ona, böyük ehtimalla, pul təklif edəcək: "Bu, 100 milyon dollar olarsa, həlli mümkün problem olacaq. Görək, nə təklif edəcək".
Qeyd edək ki, Həbib Nurməhəmmədov keçirdiyi 29 görüşün hamısında qələbə qazanıb.