"Nyukasl" aparıcı futbolçusunu satışa çıxarıb
"Nyukasl Yunayted"in paraqvaylı futbolçusu Migel Almiron yanvar ayında klubdan ayrılacaq.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi Almironun çıxışından narazıdır.
"Nyukasl" Almironu 20 milyon avro qarşılığında satmağa hazırdır.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı klubları onunla yaxından maraqlanır.
Almiron bu mövsüm bütün turnirlər daxil olmaqla 10 rəsmi matçda iştirak edib.
30 yaşlı futbolçunun məhsuldarlıq göstəricisi yoxdur.
Almironun "Nyukasl"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.