“Nyukasl” bu gün “Yunion”la qarşılaşacaq
UEFA Çempionlar Liqasının liqa mərhələsində 2-ci turun görüşləri davam edir.
Sportline.az xəbər verir ki, "Nyukasl Yunayted" səfərdə "Yunion"la üz-üzə gələcək.
İngiltərə təmsilçisində Fabian Şör, Valentino Livramento, Ceykop Remzi və Yoane Vissa baş məşqçi Eddi Hounun sərəncamında olmayacaq.
"Yunion"da Mohammed Fuseini zədə, Raul Florukz cəza səbəbindən oyunu buraxmalı olacaq.
Qeyd edək ki, start fiti 20:45-də səslənəcək oyunu isveçrəli Urs Şaynder idarə edəcək.