“Nyukasl” “Fənərbağça”ya "yox" dedi
“Fənərbağça” “Nyukasl Yunayted”in 26 yaşlı müdafiəçisi Loyd Kelli üçün 11 milyon avro təklif edib.
Sportline.az “The Athletic”ə istinadən xəbər verir ki, “Nyukasl”ın rəhbərliyi bu təklifi qəbul etməyib.
İngiltərə klubu Kelli üçün 15 milyon avro tələb edir.
Qeyd edək ki, ingiltərəli futbolçunun “Nyukasl”la müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.