"Nyukasl" "İpsviç"ə 30 milyon avro təklif edib
"Nyukasl Yunayted" "İpsviç"in ingiltərəli futbolçusu Liam Delap üçün 30 milyon avro təklif edib.
Sportline.az xəbər verir ki, bu haqda "Talk Sport" nəşri məlumat yayıb.
22 yaşlı futbolçunun "İpsviç"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Liam Delap cari mövsüm çıxış etdiyi 39 matçda 12 qol 2 asistlə yadda qalıb.