"Nyukasl" ispaniyalı futbolçunu azad agent kimi transfer edəcək
"Nyukasl Yunayted" "Celta Viqo"nun ispaniyalı sağ cinah müdafiəçisi Oskar Mingezanı gələn ilin yayında azad agent kimi transfer edəcək.
Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
26 yaşlı oyunçu İspaniya klubu ilə yeni müqavilə imzalamaq niyyətində deyil. Bu səbəbdən "Nyukasl Yunayted"ə transfer olmaq istəyir.
Qeyd edək ki, Oskar Mingeza "Barselona" klubunun yetirməsidir.