"Nyukasl" "Mançester Yunayted"dən 100 milyon avro tələb edir

"Mançester Yunayted" "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonalini heyətinə qatmaq üçün hərəkətə keçib.

Sportline.az jurnalist Mayk MakQratın məlumatına istinadən xəbər verir ki, "Nyukasl"ın rəhbərliyi italiyalı oyunçu üçün 100 milyon avro tələb edir.

25 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 37 matçda 5 asistlə yadda qalıb.

Qeyd edək ki, sözügedən oyunçunun klubla sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.