"Nyukasl" oyunçusuna yeni müqavilə təklif edib
"Nyukasl Yunayted" niderlandlı stopperi Sven Botmanla bağlı qərar verib.
Sportline.az xəbər verir ki, İngiltərə klubu 25 yaşlı mərkəz müdafiəçisinə yeni müqavilə təklif edib.
Bu haqda "Chronicle" nəşri məlumat yayıb.
Qeyd edək ki, Botmanın klubla hazırki sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.