"Nyukasl" "Real Madrid"ə 70 milyon avro təklif edib

"Real Madrid"in fransalı yarımmüdafiəçisi Eduardo Kamavinqa karyerasını İngiltərədə davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Nyukasl Yunayted" 22 yaşlı futbolçu üçün "los blankos"a 70 milyon avro təklif edib.

Bu haqda "Fichajes" nəşri məlumat yayıb.

Qeyd edək ki, E.Kamavinqa cari mövsüm meydana çıxdığı 10 matçda 1 qolla yadda qalıb.