"Nyukasl Yunayted" 130 milyon avro tələb edir

"Nyukasl Yunayted" isveçli hücumçusu Aleksander İsakın transfer qiymətini açıqlayıb.

Sportline.az xəbər verir ki, İsakı transfer etmək istəyən klublar 130 milyon avro ödəməlidirlər.

Bu haqda jurnalist Loiç Tanzi öz "X" hesabında paylaşım edib.

Qeyd edək ki, "Əl-Hilal" və "Liverpul" İsakla yaxından maraqlanır.