"Nyukasl Yunayted" "Brentford"dan futbolçu alır

"Nyukasl Yunayted" "Brentford"un konqolu futbolçusu Yoane Vissanı transfer etməyə çalışır.

Sportline.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı forvardın transfer qiyməti 35 milyon avrodur.

Vissanın "Brentford"la sözləşməsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, "Nyukasl Yunayted" klubu bu həftə rəsmi təklif göndərməyi planlaşdırır.