"Nyukasl Yunayted" "Everton"un oyunçusunu izləməyə başlayıb
"Nyukasl Yunayted" yanvar ayında heyəti gücləndirməyi planlaşdırır.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Everton"un yarımmüdafiəçisi Ceyms Qarner "Nyukasl"ın əsas transfer hədəfinə çevrilib.
24 yaşlı oyunçunun dəyəri "Transfermarkt" portalına görə, 22 milyon avrodur.
Qeyd edək ki, E.Qarner cari mövsüm meydana çıxdığı 13 matçda 1 qol, 1 asistlə yadda qalıb.