“Nyukasl Yunayted” “Mançester Siti”dən 65 milyon avro tələb edir

“Nyukasl Yunayted”in mərkəz müdafiəçisi Tino Livramento “Mançester Siti”nin transfer hədəfinə çevrilib.

Sportline.az xəbər verir ki, bu haqda “Mail Sport” nəşri məlumat yayıb.

“Nyukasl”ın rəhbərliyi 23 yaşlı stopper üçün 65 milyon avro tələb edir.

Qeyd edək ki, İngiltərə millisinin üzvü cari mövsüm çıxış etdiyi 14 matçda 1 asistlə yadda qalıb.