"Nyukasl Yunayted" "Palmeyras"dan futbolçu alır

"Nyukasl Yunayted" "Palmeyras"ın brazilyalı yarımmüdafiəçisi Allan Eliası transfer etmək üçün hərəkətə keçib.

Sportline.az xəbər verir ki, bu haqda "Portal do Palestra" nəşri məlumat yayıb.

21 yaşlı oyunçunun transfer qiyməti 28 milyon avrodur.

Qeyd edək ki, A.Ellias cari mövsüm meydana çıxdığı 56 matçda 3 qol, 8 asistlə yadda qalıb.