"Nyukasl Yunayted" yeni qapıçı axtarışına çıxıb
"Nyukasl Yunayted" "Börnli"nin ingiltərəli qapıçısı Ceyms Traffordu heyətinə qatmağı düşünür.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
22 yaşlı kiper üçün "Börnli" ən azı 25 milyon avro tələb edir.
Qeyd edək ki, Ceyms Traffordun klubla müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
O, ötən mövsüm çıxış etdiyi 45 matçda qapısında cəmi 16 top görüb.