"Nyukasl Yunayted"in yeni hədəfi

"Yuventus"da icarə əsasında çıxış edən fransalı futbolçu Randal Kolo Muani karyerasını "Nyukasl Yunayted"də davam etdirə bilər.

Sportline.az "Calciomercato.com" saytına istinadən xəbər verir ki, "Nyukasl" Kolo Muanini mövsümün sonunda transfer etməyi planlaşdırır.

26 yaşlı futbolçu müqavilə əsasında "Paris Sen-Jermen" klubuna məxsusdur.

Qeyd edək ki, Kolo Muani bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 25 matçda 7 qol və 3 asistlə yadda qalıb.

Onun hazır ki dəyəri "Transfermarkt" portalına görə 30 milyon avro olaraq qiymətləndirilir.