"Nyukasl"dan "İpsviç"ə təklif var

"Nyukasl Yunayted"in yeni transfer hədəfi bəlli olub.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "İpsviç"in ingiltərəli futbolçusu Liam Delap karyerasını "Nyukasl Yunayted"də davam etdirə bilər.

22 yaşlı futbolçunun transfer qiyməti 30 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Delap bu mövsüm çıxış etdiyi 30 matçda 10 qol və 2 asistlə yadda qalıb.