Obameyanq "Borussiya" ilə vidalaşır

Dortmund "Borussiya"sının hücumçusu Pyer Emerik Obameyanq mövsümün sonunda komandanı tərk edəcək. SportLine.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. 

Xəbərdə qabonlu futbolçunun PSJ-yə keçəcəyi qeyd olunub.

Məlumata əsasən, Obameyanq yeni klubunda ilinə 14 milyon avro qazanacaq. Transferin hansı məbləğə başa gələcəyi bilinmir. 

Qeyd edək ki, futbolçunun Dortmund klubu ilə 2020-ci ilədək müqaviləsi var.