Oçoa: “Buna dəyərdi”
Meksika millisinin təcrübəli qapıçısı Quillermo Oçoa karyerasında altıncı və sonuncu Dünya Çempionatında iştirak etdikdən sonra duyğusal açıqlama verib.
Sportline.az xəbər verir ki, 39 yaşlı qolkiper bu uğurun arxasında ailəsinin böyük dəstəyi olduğunu vurğulayıb:
“Mən buna nail oldum. Ailəm olmasaydı, bu mümkün olmazdı. Heç də asan deyildi, amma buna dəyərdi.”
Qeyd edək ki, Oçoa altı fərqli Dünya Çempionatında çıxış edən nadir futbolçulardan biridir və Meksika futbolunun ən yaddaqalan simalarından hesab olunur. Təcrübəli qapıçının bu nailiyyəti futbol ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb. Bundan əlavə dünən ki matç qolkiperin sonuncu matçı idi çünki futbol karyerasını başa vurur.
Təcrübəli qolkiper milli komandanın heyətində 153-dən çox oyunda meydana çıxıb, 6 Dünya Çempionatında iştirak edib və 6 beynəlxalq turnirdə ölkəsini təmsil edib.