Okan Buruk: “Bir xəyalımız var”
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk mətbuat konfransı zamanı jurnalistlərin suallarını cavablandırıb.
Sportline.az xəbər verir ki, təcrübəli mütəxəsis müsahibəsində bu fikirləri səsləndirib;
“Bir xəyalımız var. Onu gerçəkləşdirmək istəyirik. Avropa Liqasında finala çıxmağı hədəfləyəcəyik. Qarşıdakı dövrdə matçların necə keçəcəyini görəcəyik. İndiyə qədər bunun üçün şərait yaratdığımız finalı xəyal edirik. Bu tariximizə ikinci dəfə etmək niyyətindəyik”, - deyə Okan Buruk bildirib.
Qeyd edək ki, “Qalatasaray” bu gün səfərdə “Malmö” ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.