"Old Trafford" yandı
Bu gün səhər saatlarında "Old Trafford" stadionunda yanğın olub. SportLine.az xəbər verir ki, "Mançester Yunayted" klubu Twitter hesabında bu barədə məlumat verib:
"Bobbi Çarltonun adını daşıyan tribunada səhər saat 7 radələrində yanğın olub. Yanğın artıq söndürülüb. Hər şey nəzarət altındadır. Stadiona ciddi zərər dəyməyib".
Hadisənin liftdəki nasazlıq səbəbindən yaşandığı bildirilir.