"Olimpiakos"un gənc oyunçusu İngiltərədə çıxış edə bilər
"Olimpiakos"un yarımmüdafiəçisi Kristos Mouzakitis karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az jurnalist Nikolo Şıkiranın məlumatına istinadən xəbər verir ki, "Arsenal", "Aston Villa" və "Mançester Yunayted" sözügedən futbolçu ilə yaxından maraqlanır.
18 yaşlı oyunçunun transfer qiyməti 30 milyon avrodur.
Qeyd edək ki, K.Mouzakitis bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 13 matçda 2 qolla yadda qalıb.