Olimpiya çempionumuz avtomobil qəzası keçirib

2008-ci il Yay Olimpiya Oyunlarının cüdo üzrə qızıl medalçısı və ikiqat Avropa çempionu Elnur Məmmədlinin idarə etdiyi avtomobil qəzaya uğrayıb.

Sportline.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində baş verib. Yüksək sürətlə hərəkətdə olan Rusiya Federasiyasına məxsus B 862 CA 73 qeydiyyat nişanlı "VAZ 21 08" markalı minik avtomobili Elnur Məmmədlinin idarə etdiyi 90 NT 555 dövlət qeydiyyat nişanlı “KİA Cadenza” markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Elnur Məmmədli qəzaya düşdü - FOTOLAR
Elnur Məmmədli qəzaya düşdü - FOTOLAR
Elnur Məmmədli qəzaya düşdü - FOTOLAR

Elnur Məmmədli qəzaya düşdü - FOTOLAR