Olimpiya festivalı: Cüdo üzrə komanda yarışının qalibi bilindi

Cüdo üzrə Türkiyə millisi XV Avropa Gənclər Olimpiya Festivalının qarışıq komanda yarışının qalibi olub.

Sportline.az xəbər verir ki, finalda Rusiya komandası ilə mübarizə aparan Türkiyə seçməsi 4:0 hesabı ilə qalib gələrək festivalın qızın medalını qazanıb.

Qardaş ölkənin komandası dörddəbir finalda İtaliya (4:0), yarımfinalda isə Gürcüstana (4:0) qalib gəlib.

Bürünc medal uğrunda görüşdə isə Almaniya İtaliyanı 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.