Olimpiya festivalı: Cüdoçumuz finalda

Cüdoçumuz Turan Bayramov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında finala yüksəlib.

Sportline.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Türkiyə təmsilçisi Muhammed Demireli məğlub edib.

55 kq-da yarışan Şükran Zamanlı təsəlliverici görüşlərdə qələbə qazanaraq bürünc medal uğrunda dueldə Ukrayna təmsilçisi Vladislav Kolobova rəqib olub.

Qadınlardan isə Gülşən Bəşirova (44 kq) üçüncü yer uğrunda görüşdə hollandiyalı Joşlin Supusepa ilə münasibətlərinə aydınlıq gətirəcək.