Olimpiya Festivalı: Güləşçilərdən 16 medal

Azərbaycan güləşçiləri Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalını (EYOF) 16 medalla başa vurublar.

Sportline.az xəbər verir ki, bunlardan 8-i qızıl, 5-i gümüş, 3-ü bürünc əyarlıdır.

Sonuncu - 3-cü yarış günündə yunan-Roma güləşçilərindən Elmir Əliyev (51 kq) ilə Xasay Həsənli (65 kq) qızıl, qadın güləşçilərdən Elnurə Məmmədova (53 kq) gümüş, Nigar Mirzəzadə (65 kq) bürünc medal əldə edib. Sərbəst güləşçilərdən Kənan Heybətov (51 kq) və Cəbrayıl Hacıyev (65 kq) qızıl medala sahib olub.

Qeyd edək ki, daha öncə yunan-Roma güləşində Fərid Sadıxlı (45 kq), Qurban Qurbаnov (48 kq) və Həsrət Cəfərov (60 kq) qızıl, Nihat Məmmədli (55 kq) isə bürünc medal götürüb. Sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirovla (55 kq) Sabir Cəfərov (60 kq) gümüş, Mircavad Nəbiyev (48 kq) isə bürünc medal qazanıb. Qadın güləşçilərindən Gültəkin Şirinova (46 kq) ilə Mərziyə Sadıqova (61 kq) gümüş medal əldə edib.