Olimpiya festivalı: Həndbol yarışlarında qrup mərhələsi yükunlaşıb

XV Avropa Gənclər Olimpiya Festivalında həndbol yarışlarının qrup mərhələsi yekunlaşıb.

Sportline.az xəbər verir ki, qızların turnirinin A qrupunda Fransa və Hollandiya komandaları ilkin mərhələni qələbə ilə başa vurublar.

A qrupu

Fransa - Rumıniya   28:24

Hollandiya  - İspaniya  33:32

B qrupunun 3-cü turunun oyunları isə, Çexiya və Macarıstan millilərinin qələbəsi ilə nəticələnib.

B qrupu

Azərbaycanın  - Çexiya  17:33

Macarıstan  - İsveçrə  28:20

Oğlanların mübarizəsində A qrupunun son oyunları Danimarka və Serbiya seçmələrinin qələbəsi ilə başa çatıb.

A qrupu

Danimarka  - Almaniya 34:27

Azərbaycan – Serbiya 9:39

B qrupunun sonuncu turunun qarşılaşmalarında isə, Xorvatiya və Fransa komandaları rəqiblərini məğlubiyyətə uğradıblar.

B qrupu

Xorvatiya - İslandiya 24:21

Fransa  - Sloveniya 30:29

Beləliklə, qızların A qrupunda hərəyə 4 xalı olan Hollandiya və Fransa 1-ci, 2-ci pillədə qərarlaşıb. Rumıniya ilkin mərhələni 3 xalla üçüncü, İspaniya  1 xalla dördüncü sırada başa vurub.

Aktivində 6 xal olan Macarıstan  B qrupunda mübarizəni lider kimi bitirib. İsveçrə 4 xalla ikinci, Çexiya  2 xalla üçüncü pillədə qərarlaşıb. Keçirdikləri hər üç oyunda məğlub olan həndbolçu qızlarımız qrup sonuncusudurlar.

Oğlanların A qrupunda 6 xal toplayan Danimarka ilk pillənin sahibidir. Almaniya 4 xalla ikinci, Serbiya iki xalla üçüncü yeri turub. Aktivinə xal yazdıra bilməyən milli komandamız 4-cü olub.

Üç oyuna 4 xal toplayan Fransa B qrupunun lideridir. Xorvatiya və İslandiya hərəyə 3 xalla 2-ci, 3-cü yerlərdə qərarlaşıb. Sloveniya mübarizəni 2 xalla autsayder kimi başa vurub.

Qeyd edək ki, Olimpiya festivalının həndbol yarışlarının pley-off mərhələsi, iyulun 26-da start götürəcək. Mübarizəyə isə, iyulun 27-də yekun vurulacaq.