Olimpiya Festivalı: İki güləşçimiz finalda

XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarının sonuncu günündə iki pəhləvanımız finala vəsiqəni təmin edib.

Sportline.az xəbər verir ki, yeddi çəki dərəcəsinin hamısında təmsil olunan Azərbaycan komandasının üzvlərindən yunan-Roma güləşçisi Elmir Əliyev (51 kq) səkkizdəbir finalda norveçli Kristoffer Andreseni (8:0) dörddəbir finalda rumıniyalı Romania Nihaini (2:1), yarımfinalda isə gürcüstanlı Nukri Benidzeni (6:1) məğlub edərək finala vəsiqə qazanıb.

Kənan Heybətov (51 kq) isə finala gedən yolda ukraynalı İvan Terziyə (12:2), finlandiyalı Niko Hivoneyə (10:0), yarımfinalda Nektarious Kuzupisə (12:1) qalib gələrək finala adlayıb.

Sərbəst güləşçimiz Cəbrayıl Hacıyev (65 kq), yunan-Roma güləşçisi Xasay Həsənli (65 kq), qadın pəhləvanlardan isə Nigar Mirzəzadə (65 kq) və Elnurə Məmmədova (53 kq) yarımfinalda mübarizəni davam etdirirlər.