Olimpiyaçılarımız Argentinadan qayıtdılar

Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak etmiş azərbaycanlı idmançılar Bakıya qayıdıblar.

Sportline.az "Report"a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan nümayəndə heyətini idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər, idmançıların yaxınları və digər şəxslər qarşılayıblar.

Qeyd edək ki, Argentinaya yollanan 17 Azərbaycan idmançısından 2-si qızıl, 1-i gümüş, 3-ü bürünc medal qazanıb. Cüdoçu Vüqar Talıbov (66 kq) və sərbəst güləşçi Turan Bayramov (65 kq) qızıl, ağırlıqqaldıran Tarmenxan Babayev (85 kq) gümüş, taekvondoçu Cavad Ağayev (63 kq), boksçu Nurlan Səfərov (60 kq) və qadın güləşçi Şahanə Nəzərova (43 kq) bürünc medala sahib olub. Bədii gimnast Yelizaveta Luzan isə Beynəlxalq Olimpiya Komitəsinin qarışıq komandasının tərkibində qızıl medal qazanıb. Onun medalı ümumi sıralamada öz ölkəsinin adından göstərilməyib.

Yekunda Azərbaycan komandası medal əyarına görə 208 ölkə arasında 34-ci, medal sayında isə 38-ci yeri tutub.