Ruben Diaşın İtaliya nəhənginə keçidi gündəmdədir
"Mançester Siti"nin futbolçusu Ruben Diaş karyerasını "Milan"da davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Portuqaliya millisinin üzvünün dəyəri 55 milyon avrodur.
Qeyd edək ki, R.Diaşın "Mançester Siti" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.