Ölkə çempionatına erkən yekun vuruldu

Kamerunda futbol mövsümünə erkən yekun vurulub.

Sportline.az xəbər verir ki, bunu yerli federasiyanın rəsmi saytı açıqlayıb.

Yüksək liqada "Bamenda" çempion elan edilib. Komanda 28 oyundan sonra 47 xalla liderdir. Bamenda şəhərinin eyniadlı təmsilçisi yeni mövsümdə Afrika Çempionlar Liqasında iştirak hüququ da qazanıb.

Federasiya eyni zamnanda, birinci və ikinci liqadakı komandaların aşağı dəstəyə düşməyəcəyini də açıqlayıb.  İkinci liqanın ilk iki pilləsində yer alan "Les Astres" və "YaFoot" isə əsas liqaya vəsiqə əldə edib.

Qeyd edək ki, Kamerunda liqalar martın 17-də koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı.