Ölkə çempionu öldürüldü
BMX velosipedi üzrə Rusiya çempionu Vladimir Levin öldürülüb.
Sportline.az Rusiya Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, 41 yaşında qətlə yetirilib.
Levin Saranskda bıçaqlı şəxsin hücumu nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, velosipedçi 2000-ci ildə BMX növündə ölkə çempionu olub.