Ölkə kubokunun finalı keçiriləcək

Koronavirus pandemiyasına görə 2019/20 mövsümünü vaxtından əvvəl başa vuran Belçikada ölkə kubokunun finalı keçiriləcək.

Sportline.az xəbər verir ki, federasiya həlledici matçın avqustun 1-də azarkeşsiz keçiriləcəyini açıqlayıb. Brüsseldə keçirilməsi planlaşdırılan oyunda “Brügge” və “Antverpen” klubları qarşılaşacaq.

Koronavirus pandemiyasına görə liqa ləğv edildiyi üçün "Brügge" Belçika çempionu elan edilmişdi. Yeni mövsümə avqustdan start veriləcək.