Onana “Mançester Yunayted”i tərk edir
“Mançester Yunayted” Onananı göndərməyə hazırlaşır.
Sportline.az xəbər verir ki, kamerunlu qapıçı artıq İngiltərə klubunun planlarında yer almır.
İngiltərə klubu qolkiperə yeni müqavilə təklif etməyib, həmçinin onun maaşını 25 faiz azaldıb.
Onananın yerini isə Ruben Amorimin rəhbərliyi altında “Mançester Yunayted”in əsas qapıçısı kimi Altay Bayındırın tutacağı bildirilib.