Onyekuru yenidən Super Liqaya qayıda bilər

"Qalatasaray"ın sabiq oyunçusu Henri Onyekuru yenidən Türkiyə çempionatında çıxış edə bilər.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, nigeriyalı oyunçunun xidmətində "Eyüpspor" klubu maraqlıdır.

Mənbənin xəbərinə görə İstanbul klubunun təmsilçiləri oyunçu ilə danışıqlar aparıblar.

Ötən mövsümü "Əl-Fayha" klubunda keçirən 27 yaşlı vinqer 34 oyunda 11 qol vurub, 3 asist edib.

Qeyd edək ki, Onyekuru Türkiyədə oynadığı dövr ərzində "Qalatasaray"la Super Liqanın qalibi olub.