Orkun Kökçü: “Arne Slot mənim atam kimidir”

“Benfika”nın türkiyəli futbolçusu Orkun Kökçü sabiq baş məşqçisi Arne Slot haqqında müsbət fikirlər səsləndirib.

Sportline.az xəbər verir ki, Orkun Kökçü “Trt Spor” kanalına müsahibə verərkən bu fikirləri söyləyib;

“Arne Slot mənim atam kimidir. “Feyenord” klubunda olarkən mənə çox şey öyrətdi. Ona borcluyam. Məncə dünyanın ən yaxşı baş məşqçisidir. Hazırda “Liverpul”da oynatdığı futbol mükəmməldir”, - deyə Orkun Kökçü bildirib.

Qeyd edək ki, Orkun Kökçü 2018-2023-cü illər ərzində “Feyenord” klubunda çıxış edib.