"Orlando Siti"dən "Tottenhem"ə təklif var

"Orlando Siti" "Tottenhem"in brazilyalı hücumçusu Rişarlisonu heyətinə qatmaq istəyir.

Sportline.az xəbər verir ki, MLS klubu 2026-cı ilin yayında "mahmızlar"a rəsmi təklif göndərəcək.

Bu haqda insayder Fabritsio Romano məlumat yayıb.

Qeyd edək ki, "Orlando Siti" bu keçid üçün qarşı tərəfə 30 milyon avro ödəməyə hazırdır.