Orxan Sadıqlı karyerasını paytaxt klubunda davam etdirəcək
"Xəzər Lənkəran"ın sabiq qapıçısı karyerasını paytaxtda davam etdirəcək. SportLine.az Azerisport.com-a istinadən xəbər verir ki, istedadlı qolkiper "İnter"lə müqavilə imzalayıb. Xatırladaq ki, "bankirlər"in gürcüstanlı qapıçısı Georgi Lomaya komandanı tərk edib. "İnter"in əsas qolkiperi isə millinin üzvü Səlahət Ağayevdir.