Osimhen 6 həftə olmayacaq

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində səfərdə “Liverpul”la matçda zədələnən “Qalatasaray”ın ulduz futbolçusu Viktor Osimhenin bərpa müddəti müəyyənləşib.

Sportline.az xəbər verir ki, 27 yaşlı hücumçu təxminən 6 həftədən sonra yaşıl meydanlara qayıda biləcək.

Bu barədə futbolçunun özü Nigeriya mətbuatına açıqlamasında bildirib.

Xatırladaq ki, “Liverpul”un 4:0 hesablı qələbəsi ilə başa çatan matçda Osimhenin qolu qırılıb.