Osimhen “Liverpul”la matçda oynamaya bilər

"Qalatasaray" "Liverpul"la Çempionlar Liqası matçı öncəsi Viktor Osimhenin vəziyyəti barədə açıqlama verdi.

Sportline.az xəbər verir ki, "Qalatasaray"da ulduz hücumçu Viktor Osimhenin Çempionlar Liqasının növbəti mərhələsində "Liverpul"la keçiriləcək oyun üçün hazır olub-olmadığı hələlik dəqiq bilinmir.

Baş məşqçi Okan Buruk futbolçunun fiziki vəziyyətinə görə risk etdiklərini etiraf edib.

Qeyd edək ki, "Qalatasaray" - "Liverpul" oyunu 30 sentyabr Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.