Osimhen "Qalatasaray" fanatlarına səsləndi
"Qalatasaray"ın yeni transferi Viktor Osimhen komandanın azarkeşlərinə səslənib.
Sportline.az xəbər verir ki, nigeriyalı forvard İstanbul nəhəngini seçməsinin səbəbini də açıqlayıb.
"Belə bir möhtəşəm abu-havada oynayacağıma görə çox şadam. Meydana çıxacağım anı səbirsizliklə gözləyirəm. Dris Mertenslə birgə oynamışam. Bura gəlməmişdən öncə də onunla məsləhətləşmişəm. Azrkeşləri vurduğum qollarla adımı səsləndirməsinə nail olacağam", - deyə Osimhen Mundo Deportivo nəşrinə müsahibəsində bildirib.
Qeyd edək ki, Osimhen icarə əsasında "Qalatasaray"ın formasını geyinəcək.