Osimhen "Qalatasaray"da ilk qolunu vurdu

"Qalatasaray"ın yay transfer pəncərəsində heyətinə qatdığı Viktor Osimhen yeni klubunda ilk qolunu vurub.

Sportline.az xəbər verir ki, nigeriyalı futbolçu "Kasımpaşa" ilə oyunun 20-ci dəqiqəsində qol hesabını açıb. 8 dəqiqə sonra ulduz futbolçu dubla imza atıb.

İlk hissədən sonra "Qalatasaray"ın 3-1 hesablı üstünlüyü qeydə alınıb.

Qeyd edək ki, günün ilk oyununda "Samsunspor" 1-3 hesabı ilə geriyə düşməsinə baxmayaraq "Göztepe"ni 4-3 hesabı ilə məğlub edib.

Saat 20:00-da başlayan "Alanyaspor"-"Rizespor" oyununda meydan sahiblərinin 1-0 hesablı üstünlüyü var.