Osimhen “Qalatasaray”dan ayrılır?

“Bavariya” "Qalatasaray"ın futbolçusu Viktor Osimhenin xidmətində maraqlıdır. 

Sportline.az Foot Mercato"ya istinadən xəbər verir ki, Münhen klubu nigeriyalı hücumçunu transfer siyahısının ilk sırasına yerləşdirib. 

Qeyd edək ki, Viktor Osimhenin adı “Atletiko Madrid" klubu ilə də hallanıb.

“Qalatasaray”ın futbolçu üçün 100 milyon avrodan çox transfer məbləği tələb etdiyi iddia edilir.