Osimhen “Qalatasaray”dan ayrılmayacaq

“Qalatasaray”da icarə əsasında çıxış edən nigeryalı futbolçu Viktor Osimhen mövsümün sonuna qədər İstanbul klubunda forma geyinəcək.

Sportline.az insayder Canluka Di Marzionun məlumatına istinadən xəbər verir ki, Viktor Osimhen gələn təkliflərə rəğmən, mövsümü “Qalatasaray”da tamamlayacaq.

Futbolçu çempion olmaqda “Qalatasaray”a kömək etmək istəyir.

Qeyd edək ki, Osimhen bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 13 matçda 10 qol və 4 asistlə yadda qalıb.