Oskar Mingeza üçün İngiltərə klubları transfer yarışındadır

"Selta Viqo"nun sağ cinah müdafiəçisi Oskar Mingeza İngiltərə klublarının transfer hədəfinə çevrilib.

Sportline.az "Diario As" nəşrinə istinadən xəbər verir ki, "Nyukasl Yunayted", "Aston Villa" və "Vest Hem" 26 yaşlı oyunçuya elçi düşüb.

İspaniya klubu Oskarın transferindən ən azı 25 milyon avro əldə etmək istəyir.

Qeyd edək ki, sözügedən futbolçu "Barselona"nın öz yetirməsidir.