Osula "Nyukasl"dan ayrılacaq
"Nyukasl"ın forvardı Villiam Osula yayda klubdan ayrılacaq.
Sportline.az xəbər verir ki, "Aston Villa" və "Everton" sözügedən futbolçu ilə yaxından maraqlanır.
Bu haqda "The İ Paper Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, V.Osula cari mövsüm meydana çıxdığı 34 matçda 9 qol, 1 asistlə yadda qalıb.