Otbiçən maşınların çempionatı başlanıb
İngiltərədə əyləncəli yarış başlanıb.
Sportlineaz xəbər verir ki, Qərbi Sasseks əyalətində otbiçən maşınların çempionatında ilk mərhələ yekunlaşıb. Maraqlıdır ki, mükafatı olmayan turnirə xeyli iştirakçı qatılıb.
1973-cü ildən keçirilən ənənəvi yarışın ilk mərhələsi yekunlaşıb. İngiltərədə federasiyası da olan bu idman növünə maraq böyükdür. Otbiçən maşınlar güclərinə görə 4 qrupa bölünüblər. İştirakçılar palçıqlı və sürüşkən yollarda finişə hamıdan tez çatmaq üçün yarışıblar. 14 turdan ibarət çempionat oktyabrda bitəcək.
Sponsoru olmayan yarışın maraqlı cəhətlərindən biri də odur ki, burada qalibə heç bir mükafat verilmir.