Ötən ayın ən yaxşı qolu bəlli oldu

I divizionun 2016/2017 mövsümündə aprel ayının ən gözəl qolunun müəllifi müəyyənləşib. SportLine.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadən xəbər verir ki, azarkeşlər və jurnalistlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, “Qaradağ Lökbatan”ın futbolçusu Rüfət Məmmədov bütün rəqiblərini böyük ölçüdə üstələyib.

Azarkeşlər və jurnalistlərin seçimində eyni futbolçu birinci olduğu üçün qaydalara əsasən, PFL səsvermə hüququndan istifadə etməyib.

Beləliklə, Rüfət Məmmədov I divizionda aprel ayının ən gözəl qolunun müəllifi kimi tarixə düşüb.